Rusiya rekord həcmdə borc paylayır
Rusiya rekord həcmdə borc paylayır
3 Oktyabr 2019 12:55 DünyaRusiya 3 il ərzində xarici dövlətlərə rekord həcmdə borc verəcək.
Olaylar.az xəbər verir ki, bu məlumat Rusiyanın 2020-ci il büdcə layihəsində yer alıb. Üç il ərzində Moskvanın verəcəyi borc 1 trilyon rubl təşkil edəcək.
Borcların daha çox Rusiya məhsullarının alışı və ümumi layihələrin yekunlaşdırılması üçün veriləcəyi bildirilib. Ayrılan borcların daha çox Hindistan və Türkiyə atom elektrik stansiyalarının tikintisinə, eləcə də İranda atom energetikası infrastrukturunun inkişafına xərclənəcəyi vurğulanıb.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31