Toyda kütləvi zəhərlənmə - 31 nəfər xəstəxanada
Toyda kütləvi zəhərlənmə - 31 nəfər xəstəxanada
3 Oktyabr 2019 12:43 DünyaUkraynada kütləvi zəhərlənmə baş verib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, zəhərlənmə Çernovitski rayonunda "Oskar" restoranında keçirilən toy mərasimi zamanı olub. Faktı Ukrayna Fövqəladə Hallar Xidməti təsdiqləyib.
Məlumata görə, toyda iştirak edən 31 nəfər zəhərlənmə əlamətləri ilə xəstəxanaya müraciət edib. Hazırda onların xəstəxana şəraitində müalicəsi davam edir. Zəhərlənənlərdən 9-nun azyaşlı olduğu qeyd edilir.
Hadisə ilə bağlı araşdırma başlanılıb, restorandan laborator təhlillər üçün qida nümunələri götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31