Meqan Marklın qardaşı oğlu çılpaq küçəyə çıxdı -VİDEO
Meqan Marklın qardaşı oğlu çılpaq küçəyə çıxdı
3 Oktyabr 2019 12:23 DünyaBöyük Britaniya şahzadəsi Harrinin xanımı Meqan Marklın qardaşı oğlu Tomas Dooley Holivudda həbs edilib.
Olaylar.az xəbər verir ki, hədsiz dərəcədə sərxoş olan 28 yaşlı gənc üzərində sadəcə dəsmal olaraq küçəyə çıxıb. Polisə müqavimət göstərən gəncin üzərindən dəsmal düşüb və o, tamamilə çılpaq qalıb. Hadisə yaxınlıqda olan turist tərəfindən mobil telefonun yaddaşına köçürülüb.
Polisdən verilən açıqlamada, Tomasın onlara söydüyü və bir polisi ayağından yaraladığı üçün həbs etməyə məcbur olduqları bildirilib. Əvvəlcə xəstəxanaya aparılan gənc 2 gün nəzarətdə qaldıqdan sonra 25 min dollar zaminlə sərbəst buraxılıb.
axşam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31