Tramp varlılar siyahısında 119 pillə gerilədi

Tramp varlılar siyahısında 119 pillə gerilədi

ABŞ Prezidenti Donald Trampın sərvəti ikinci ildir ardıcıl olaraq 3,1 milyard dollar civarındadır.

ABŞ lideri 2019-cu ildə ölkənin ən varlı 400 insanı siyahısında (Forbes-400) 275-ci yeri tutub.

Qeyd olunub ki, bu, 2018-ci illə müqayisədə 16 pillə aşağıdır. Tramp prezident olmamışdan qabaq reytinqdə 119 pillə daha irəlidə idi.

Nəşr Trampın maliyyə vəziyyətinin tamamilə statik olmadığını da əlavə edib. Belə ki, onun adının çəkildiyi biznes ziyanla işləyir.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31