Boris Conson Çörçilin nəvəsini partiyadan qovdu

Boris Conson Çörçilin nəvəsini partiyadan qovdu

İngiltərənin baş naziri müxalifətə dəstək verən 21 millətvəkilini partiyasından xaric edib.

Olaylar.az  xəbər verir ki, Boris Consonun xaric etdiyi millət vəkilləri arasında Uinston Çörçilin nəvəsi də var. Bəhs edilən millət vəkilləri dünən İngiltərə parlamentində keçirilən seçkilər zamanı müxalifətçilərin tərəfində olublar.

Onlar içərisində İngiltərənin iki keçmiş maliyyə naziri də yer alıb.

Bu mənzərə qarşısında çətin anlar yaşayan Boris Consonun göstərişi ilə partiyasının əleyhinə çıxış edən millət vəkillərinə zəng edilərək partiyadan xaric edildikləri bilirilib. 

Yeniavaz.com 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31