Kral ailəsinin zərərli vərdişləri: Kraliçanın şəxsi aşpazı nələr danışıb? - FOTOLAR

Kral ailəsinin zərərli vərdişləri: Kraliçanın şəxsi aşpazı nələr danışıb? - FOTOLAR

Britaniya kraliçası II Yelizavetanın da zərərli vərdişləri var.

Olaylar.az xəbər verir ki, bu barədə "The Mirror" nəşri yazıb.

Nəşrin bildirdiyinə görə, kraliça əsasən zərərli qidalara maraq göstərir.

Belə ki, kraliça qızardılmış kartofdan ibarət ənənəvi Britaniya yeməklərini çox sevir. Həmçinin hər il Şotlandiyadakı krallıq iqamətgahına- Balmorala gedəndə balıq çipsinin dadına tez -tez baxır. Hətta o qədər tez-tez ki, menyudakı bütün digər yeməklərdənsə onu seçir.

Kraliçanın sabiq şəxsi aşpazı Drrene Mak Qredinin sözlərinə görə, Yelizavetanı hətta qurman da adlandırmaq olar. Acaq onun əri Filipp yeməyi o qədər sevir ki, hətta günlərlə bu mövzuda danışa bilər. Monarxın sevimli yeməyi isə şokoladlı biskvit tortudur.

Səfərlər zamanı isə kraliça üzümlü və qozlu keksi çox sevir. Kraliçanın tələblərindən biri də çayın xüsusi markalardan olan suda hazırlanmasıdır.

Şahzadə Ulyams isə pizza və Çin mətbəxinə meyllidir. Onun arvadı Keyt Middlton karriyə üstünlük verir. Ailənin digər gəlini Meqan Markl qızardılmış kartofsuz yaşaya bilmədiyini özü də etiraf edib.

Xatırladaq ki, bu ilin iyununda Britaniya polisi Dominos pizzalarının kuryerini kraliçanın sarayının qarşısında saxlamışdı. Şəxs iddia edirdi ki, pizzanı məhz kraliçanın sifarişi ilə gətirib. Ancaq sonra bu təsdiqini tapmadı.

Cebhe.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31