Ruhanidən rusları qıcıqlandıracaq - Mesaj

Ruhanidən rusları qıcıqlandıracaq - Mesaj

İran Prezidenti Həsən Ruhani Tehranda yerli istehsal olan "Bavar-373" hava hücumundan müdafiə sistemini təqdim edib.

Olaylar.az  xəbər verir ki, Prezident Ruhani deyib ki, "Bavar-373" sistemi Rusiya istehsalı olan S-300 komplekslərindən daha üstündür və onun göstəriciləri S-400 modelinə yaxındır.

Qeyd edək ki, İran Rusiyadan S-300 kompleksləri aldıqdan sonra 2017-ci ildən başlayaraq, özünün uzdq mənzilli sistemlərini yaradıb və ilk sınaqlar həyata keçirib.

Məlumata görə, sınaq zamanı "Bavar-373" kompleksi Sayad-4 raketini 200 kilometr məsafə qət etdikdən sonra məhv edib. Kompleks raketləri 27 kilometr yüksəklikdə vurmaq imkanına malikdir.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31