Dünyanı şoka salan hadisə - həkim 250 uşağı zorladı

Dünyanı şoka salan hadisə - həkim 250 uşağı zorladı

Fransada 66 yaşlı həkim cərrah zorlamada şübhəli bilinir. İddiaya görə, o narkozda olan azyaşlılara qarşı seksual zorakılıq edib. Söhbət isə nə az, nə çox düz 250 uşaqdan gedir. Coel Le Skuarnek adlı həkim Fransa tarixinin ən qorxunc pedofili adlandırılıb.

Le Skuarnek öz çirkin əməlini 30 il ərzində həyata keçirib. Onun xəstələri isə əsasən yeniyetmələr olublar. Məlumata görə, o əməllərini uşaqlar narkozun təsiri altında olarkən icra edib.

Əslində ilk dəfə həkim 14 il öncə şübhəli kimi gündəmə gəlib. O, uşaqlara qarşı seksual zorakılığı əks etdirən fotoları saxlamaqda ittiham edilib. Buna baxmayaraq ona peşə fəaliyyətini davam etdirmək icazəsi verilib.

İkinci dəfə o 2017-ci ildə saxlanılsa da, günahını boynuna almayıb. Araşdırma zamanı pedofil həkimin gündəliyi tapılıb. Vurada o seksual xarakterli əməllərini ətraflı yazıb. İndi polis gündəlikdə adı hallanan uşaqların valideynlərini sorğu-sual edir.

Istipress.com

6 homoseksualı öldürən kişi edam edildi - Hamısının boğazına öz imzasını çəkib - FOTO

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31