Hindistanda məbəd uçub, 4 nəfər ölüb

Hindistanda məbəd uçub, 4 nəfər ölüb

Hindistanın Qərbi Benqal ştatında hindu məbədinin uçması nəticəsində ən azı 4 nəfər ölüb, 27 nəfər isə yaralanıb.

İnsident Canmaştami bayramı qeyd olunan zaman baş verib. Hadisə zamanı məbəddə qadınlar və uşaqlar da daxil olmaqla, çoxlu sayda insan olub.

Hadisənin baş vermə səbəbi hələ müəyyən edilməyib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

APA.AZ

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31