Zelenskidən Rusiya əleyhinə - Çağırış
Zelenskidən Rusiya əleyhinə - Çağırış
23 Avqust 2019 11:19 DünyaUkrayna lideri Vladimir Zelenski Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla telefon danışığı zamanı Avropa Birliyini Rusiyanın əleyhinə birləşməyə çağırıb.
Olaylar.az xəbər verir ki, Vladimir Zelenski Rusiyanın "Böyük yeddi"liyə (G7) qayıdışının mümkünsüz olduğunu vurğulayıb.
Bundan əvvəl "Böyük səkkizlik" (G8) adlanan sammitə Rusiyanın çağırılmamasından sonra birlik "G7" adlanmağa başlayıb.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə G8-ə Rusiyanın qayıdışı üçün edilən təkliflərin qeyri-ciddi formada olduğunu bildirib.
teleqraf.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31