Titanik gəmisinin illər sonra çəkilən görüntüsü alimləri şoka saldı - VİDEO
23 Avqust 2019 04:33 Dünya"Batmayan gəmi" olaraq hazırlanmış lakin dəniz tarixində ən böyük faciələrdən birinə səbəb olan Titanik-in yeni görüntüləri yayımlanıb.
Fərqli millətlərdən olan bir qrup tədqiqatçı Titanik gəmisinin qalıqlarını araşdırmaq üçün okeanın dibinə enib.
15 aprel 1912-ci ildə batan gəmi hazırda Atlantik okeanının 3,800 metr dərinliyindədir. Bu gün 107 yaşı olan gəminin yüksək keyfiyyətli videosu çəkilərək ictimaiyətə təqdim edilib.
Tədqiqatçıları təəccübləndirən bir neçə məqam da üzə çıxıb. Belə ki, gəminin metal yeyən bakteriyalar tərəfindən məhv edilməyə başlandığı məlum olub.
Bununla yanaşı, okean axınları və duzlu su da gəminin qalıqlarının məhvinə səbəb olur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31