Fransada xəstəxanada yanğın: 1 ölü

Fransada xəstəxanada yanğın: 1 ölü

Fransa rəsmilərinin cümə axşamı verdiyi məlumata görə, Parisin yaxınlığında hospital kompleksində baş verən yanğın nəticəsində azı bir nəfər həyatını itirib, səkkiz nəfər yaralanıb.

Kreteydə yerləşən Henri Mondor hospitalında çıxan yanğın çərşənbə gecə başlayıb, cümə axşamı səhər saatlarında isə söndürülüb.

Yanğının səbəbi hələ ki, məlum deyil.

"Henri Mondor hospital kompleksindəki yaşayış binasında baş verən yanğın yanğınsöndürənlərin səyləri nəticəsində söndürülüb"- Parisin ictimai xəstəxanalarının başçısı Martin Hirş Twitter hesabında yazıb.

"Təəssüflə bir nəfərin öldüyünü bildiririk", o deyib.

AMERİKANİNSESİ.ORG

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31