“Osmanlı tokadı”nın tarixi
“Osmanlı tokadı”nın tarixi
22 Avqust 2019 16:40 DünyaRəvayətlərdən birində Osmanlı bəyliyinin qurucusu olan Osman bəyin bir münaqişə nəticəsində hiddətlənərək qarşısındakinə əlinin içi ilə vuraraq öldürdüyündən bəhs edilir.
Olaylar.az bildirir ki, daha bir rəvayətə 4-cü Muradın "Ayaq Divanı" adlı yazısında rast gəlinmişdir. Divanda Sədr Əzəm Hafiz Əhməd paşanın üzərinə hücum çəkən iki yeniçəri şilləsi ilə vuraraq öldürdüyündən söz açılmaqdadır.
Tarixi qaynaqlarda Osmanlı ordu üzvlərinin əllərindəki qılıncdan sonra ən qiymətli silahının sillələri olduğu deyilir. Bu qüvvətli əl zərbəsi vurulma şəklinə və zamanına görə qarşıdakını yerə yıxmaq, huşunu başından almaq, qulaq pərdəsini deşmək və hətta öldürmək kimi gücə sahib olmuşdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31