Kişi qadın paltarında həbsxanadan qaçmaq istədi
Kişi qadın paltarında həbsxanadan qaçmaq istədi
5 Avqust 2019 15:19 DünyaBraziliyanın Rio-de-Janeyro şəhərində bir məhkum həbsxanadan qadın paltarında qaçmaq istəyərkən saxlanılıb.
Olaylar.az xəbər verir ki, məhkum Clauvino da Silva qızının gətirdiyi silikon qadın maskası, qara saç və qadın paltarlarını geyərək cəza evindən uzaqlaşmağı planlaşdırıb.
Bu zaman polislərin diqqətini çəkən Silva yenidən həbs olunub.
Narkotik ticarəti ilə məşğul olan Clauvino da Silva nəzarəti daha güclü olan başqa bir həbsxanaya göndərilib.

qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31