Hindistanda stüardessanı qızıl qaçaqmalçılığında şübhəli bildilər

Hindistanda stüardessanı qızıl qaçaqmalçılığında şübhəli bildilər

"Air İndia" aviaşirkətinin stüardessasını qanunsuz qızıl daşımağına görə həbs ediblər.

"The Indian Express" xəbər verir ki, London-Deli reysından qayıdan stüardessanı hava limanında baqajın yoxlanılması zamanı saxlayıblar.

Onun yükündə yarım kiloqram ağ qızıl aşkar olunub. Qanuna əsasən isə uçuş ekipajı özü ilə adambaşı 40 qram qızıl keçirə bilər.

Hadisəni polis araşdırır.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31