Rusiyalı sürət qatarının üstünə dırmaşıb və ölüb

Rusiyalı sürət qatarının üstünə dırmaşıb və ölüb

Rusiyalı kişi "Sapsan" sürət qatarının üstündə yol getmək istəyib.

Bu haqda "Lenta.ru"ya Moskva regionlararası istintaq idarəsinin rəsmi nümayəndəsi Yelena Markovskaya məlumat verib.

Bazar günü naməlum kişi hərəkətdə olan sürət qatarının damına çıxıb və qısa qapanma nəticəsində həlak olub.

Tver-Redkino istiqamətində qatar dayandırılıb və alov söndürülüb.

Rusiya İstintaq Komitəsi faktla bağlı araşdırma aparır.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31