Ərdoğanın əməliyyat açıqlamasına ABŞ-dan - Cavab
Ərdoğanın əməliyyat açıqlamasına ABŞ-dan - Cavab
5 Avqust 2019 12:40 DünyaABŞ Dövlət Departamenti Türkiyə ordusunun Suriyada əməliyyat təşkil etmək niyyətindən narahatlıq keçirir.
Olaylar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus danışıb.
"Suriyanın şimal-şərqindəki bu cür birtərəfli hərbi fəaliyyətlər, xüsusən ABŞ hərbçilərinin yaxınlıqda olması ehtimalı varkən ciddi narahatlıq yaradır. Biz belə fəaliyyətləri qəbuledilməz hesab edirik və yenidən Türkiyəni bizimlə çalışmağa çağırırıq", - Ortaqus bildirib.
Qeyd edək ki, Türkiyə Prezidenti R.T.Ərdoğan Fəratın şərqində əməliyyata başlayacaqlarını açıqlayıb.
Axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31