Türkiyədə gecə klubuna silahlı hücum
Türkiyədəki gecə klublarından birinə silahlı hücum olub. Hadisə nəticəsində 3 nəfər yaralanıb.
İnsidentin İzmirin Tire rayonunda baş verdiyi bildirilir.
Yaralılar İzmir vilayətinin dövlət xəstəxanasına çatdırılıblar. İki nəfərin vəziyyəti ağırdır.
Kluba hücum edənlərin tutulması üçün tədbirlər görülür.
trend