Bu ölkədə 3 uşağı olana 31 min avro veriləcək
Bu ölkədə 3 uşağı olana 31 min avro veriləcək
5 Avqust 2019 12:09 DünyaMacarıstan hökuməti ölkə əhalisinin azalması səbəbilə yeni addımlar atıb.
Olaylar.az xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban əhalinin azalaraq 10 milyondan aşağı düşməsinə biganə qalmayacağını söyləyib.
Onun sözlərinə görə, yeni qəbul edilmiş qanunla Macarıstanda 3 uşaq sahibi olan hər ailəyə 31 min avro (təx. 60 min manat) məbləğində birdəfəlik ödəniş ediləcək.
Qeyd edək ki, Macarıstanda əhalinin azalmasına səbəb, insanların daha çox pul qazanmaq üçün qərbi avropa ölkələrinə axın etməsi göstərilir.
yeniavaz.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31