Misirdə maşında oksigen balonu partladı: 17 ölü, 32 yaralı - VİDEO

Misirdə maşında oksigen balonu partladı:17 ölü, 32 yaralı - VİDEO

Misirin paytaxtı Qahirədə oksigen balonunun partlaması nəticəsində ən azı 17 nəfər həlak olub, daha 32 nəfər yaralanıb.

"RİA Novosti" xəbər verir ki, bu barədə Səhiyyə naziri Halə Zeyd bildirib.

Hadisə paytaxt mərkəzindəki Xərçəng İnstitutunun yaxınlığında baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, yol-nəqliyyat hadisəsi nəticəsində maşınların birində yerləşdirilən qaz balonu partlayıb.

Hadisə yerində yanğın baş verib. Əraziyə onlarla yanğınsöndürən maşın və təcili yardım avtomobilləri cəlb edilib. Hazırda alov söndürülüb.

oxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31