İranda GÜCLÜ ZƏLZƏLƏ:  Əhali təşviş içindədir

İranda baş vermiş güclü zəlzələdə 5 nəfər xəsarət alıb.

Məlumata görə, bu gecə İranın Kohkuluyə və Boyurəhməd əyalətində 5,2 bal gücündə zəlzələ baş verib.

Zəlzələ nəticəsində xəsarət alanlardan 2 nəfərin vəziyyəti  ağırdır. Təbii fəlakət əhali arasında təşvişə səbəb olub, əhali küçələrə çıxıb və gecəni küçədə keçirib. Yeraltı təkanlar nəticəsində əyalətin Kəçsaran, Çəram, Dogünbədan və Dehdəşt ərazilərində evlərdə çatlar yaranıb. İnfrastruka ziyan dəyib.

Zəlzələ İranın Xuzestan əyalətində və Buşehrdə də hiss olunub. apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31