Təbii fəlakət ölkəni cənginə aldı: 5 ölü, 14 itkin

Vyetnamda "Vifa" qasırğası zamanı baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində 5 nəfər həlak olub, 14 nəfər itkin düşüb.Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, bu haqda "VnExpress" onlayn-nəşri bildirib.Təbii fəlakətdən ən çox mərkəzi Txanxoa əyaləti zərər çəkib. Burada 3 nəfər ölüb, 13 nəfər isə itkin hesab edilir.Güclü leysan nəticəsində baş verən daşqınlar 50 evə güclü, daha 200 evə isə qismən zərər vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31