ABŞ-da hərbi təyyarə qəzaya düşdü
ABŞ-da hərbi təyyarə qəzaya düşdü
1 Avqust 2019 10:19 DünyaPilotun vəziyyəti ilə bağlı məlumat verilməyib
ABŞ donanmasına aid "F/A-18E Super Hornet" döyüş təyyarəsi qəzaya uğrayıb.
Olaylar.az xəbər verir ki, hadisə Amerikanın Kaliforniya ştatında baş verib.
ABŞ Hərbi Hava Qüvvələri Komandanlığı qəza ilə bağlı açıqlama yayıb. Açıqlamada təyyarənin Kaliforniyanın China Lake bölgəsində donanmaya aid aviabazada keçirilən təlim-məşq uçuşları zamanı qəzaya düşdüyü deyilir. Pilotun vəziyyəti ilə bağlı məlumat verilməyib.
AzNews.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31