Sürücü şortik geyinən qadını avtobusdan düşürdü
Sürücü şortik geyinən qadını avtobusdan düşürdü
1 Avqust 2019 10:09 Dünyaİsveçdə 19 yaşlı gənc qız geyimi səbəbilə avtobusdan çıxarılıb.
Olaylar.az xəbər verir ki, 19 yaşlı Amanda Hanson hava çox isti olduğu üçün şortik geyinib. Avtobusa minən qızı sürücü yanına çağıraraq geyiminin uyğun olmadığını və avtobusdan enməsini tələb edib. Qız qarşı çıxmaq istəsə də, sürücü bunun firma qanunlarına zidd olduğunu əsas gətirib və onun qolundan tutaraq bayıra atıb.
Bu hadisə qadın haqları dərnəklərini ayağa qaldırıb. Onlar sürücü və firmanı kəskin şəkildə qınayıblar. Avtobus şirkəti isə sürücünün davranışının hər hansı siyasi və ya dini məqsədli olmadığını dilə gətirərək üzr istəyib.
axşam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31