ABŞ-ın eks prezidenti BMT-nin afrikalı nümayəndələrinə "meymun" deyib

ABŞ-ın eks prezidenti BMT-nin afrikalı nümayəndələrinə "meymun" deyib

ABŞ-ın eks prezidentlərindən Ronald Reyqanın BMT-nin afrikalı nümayəndələrinə "meymun" dediyi səs yazısı ortaya çıxıb.
Olaylar.az  xəbər verir ki, R. Reyqan 1971-ci ildə Kaliforniya ştatının rəhbəri vəzifəsini icra edərkən bir telefon danışığı zamanı BMT-nin afrikalı nümayəndələrinə "meymun" deyib: "Bu Afrika ölkələrindən gələn meymunlara lənət olsun. Hələ də ayaqqabılara alışa bilməyiblər".
ABŞ-da fəaliyyət göstərən "The Atlantic" jurnalının iddiasına görə R. Reyqan bu sözləri daha sonra ABŞ prezidenti olacaq Rimard Niksona deyib.
İddiaya əsasən Reyqan bu sözləri Tayvanın BMT üzvlüyünüdən çıxarılması üçün səs verən afrikalı nümayəndələrə əsəbləşərək deyib.

yeniavaz.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31