“Coffee Day”in sahibi ölü tapıldı
Hindistanın ən böyük qəhvəxanalar şəbəkəsi olan "Coffee Day"in sahibi VG Siddhartın çay qırağında meyiti tapılıb.
Olaylar.az xəbər verir ki, sahibkarın meyiti balıqçı tərəfindən aşkarlanıb.
Səlahiyyətlilər hadisənin intihar olub-olmadığını araşdırır.
60 yaşlı VG Siddhartın bazar ertəsindən itkin düşdüyü bildirilib.
"Sputnik Türkiyə"