Dikdaban ayaqqabı ilə tormoz verə bilməyən model "Lamborghini"ni hovuza saldı - FOTO
Dikdaban ayaqqabı ilə tormoz verə bilməyən model "Lamborghini"ni hovuza saldı - FOTO
31 İyul 2019 13:38 DünyaMəşhur futbolçu Neymarın keçmiş sevgilisi "Lamborghini" avtomobili ilə qəza törədib.
Olaylar.az xəbər verir ki, "Playboy" modeli Soraja Vucelic ayağında dikdaban ayaqqabı olduğuna görə qəzaya düşüb.


Ayaqqabısına görə tormoza basa bilməyən modelin göy rəngli "Lamborghini"si hovuza düşüb. Model həmin anların görüntüsünü şəxsi Instagram hesabında paylaşıb.
O, videonu "dikdaban ayaqqabı əyləcin üzərində sürüşərsə" başlığı ilə Instagram-a yükləyib.
Hadisə Fransada, Kann şəhərində baş verib.
Qeyd edək ki, "Lamborghini" markalı avtomobillərin qiyməti yarım milyon manatdan başlayır.



Milli.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31