Rusiya mağazalarında ən çox oğurlanan məhsullar: Pendir, kolbasa... – Siyahı

Rusiya mağazalarında ən çox oğurlanan məhsullar: Pendir, kolbasa... – Siyahı

Rusiyanın ərzaq mağazalarında ən çox oğurlanan məhsulların adları açıqlanıb. İlk sırada pendir və kolbasa məmulatları dayanır.

Olaylar.az  xəbər verir ki, bu barədə RBK saytı müşahidə-nəzarət sistemlərinin emalı ilə məşğul olan BIT kompaniyasının məlumatlarına istinadla xəbər yayıb.

Pendir və kolbasa məmulatları bütün oğurluqların 15,4%-ni təşkil edir. Sonra qəhvə (15%), konfet və qənnadı məmulatları (13,4%), pivə və digər alkoqol (11,2%), həmçinin dəniz məhsulları (9%) gəlir.

Kosmetika mağazalarında daha çox kipriklər üçün tuş (13,2%), dırnaq boyası (12,9%), dodaq boyası (12%), bədən və saç üçün yağlar (7,3%) və göz kölgəsi (6%) oğurlanır.

Ərzaq mağazalarında oğurluqların əksəriyyəti kişilər, ətriyyat mağazalarında isə qadınlar tərəfindən törədilir.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31