Batumidə kütləvi dava: 3 azərbaycanlı bıçaqlandı
Batumidə kütləvi dava: 3 azərbaycanlı bıçaqlandı
31 İyul 2019 12:47 DünyaÖtən gecə Gürcüstanın Batumi şəhərində kütləvi dava olub.
Ədliyyə Evi yaxınlığında, çimərlikdə baş verən mübahisə qarşıdurma ilə nəticələnib.
Kütləvi dava zamanı 3 Azərbaycan vətəndaşı bıçaq yaraları alıb. Onlar xəstəxanaya çatdırılıb.
Həkimlərin bildirdiyinə görə, onlardan ikisinin vəziyyəti sabit, digərinin vəziyyəti isə nisbətən ağırdır.
Qarşıdurmanın səbəbi hələ məlum deyil.
Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı araşdırma aparır.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31