Qeyri-adi təyyarə qəzası: Bu dəfə Avstraliyada...
Qeyri-adi təyyarə qəzası: Bu dəfə Avstraliyada...
31 İyul 2019 12:38 DünyaAvstraliyanın Pert şəhərində təyyarə hava limanında işıq dirəyi ilə toqquşub.
Trend-in məlumatına görə, hadisə təyyarə yerdə hərəkət edərkən baş verib.
İnsident zamanı təyyarədə 62 sərnişin və 4 heyət üzvü olub. Xəsarət alanların olmadığı deyilir.
Hava limanından təyyarənin burun hissəsinin ziyan gördüyü bildirilib.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31