Şar partladı, 4 yaşlı uşaq öldü - Video
Türkiyənin Artvin şəhərində 4 yaşlı uşaq faciəvi şəkildə dünyasını dəyişib.
Olaylar.az xəbər verir ki, Yağız adlı azyaşlının oynatdığı şar qəfildən partlayıb.
Bu zaman rezin parçalardan biri uşağın nəfəs borusuna düşüb.
Azyaşlı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Teleqraf