Şimali Koreya iki ballistik raket atdı
Şimali Koreya iki ballistik raket atdı
31 İyul 2019 12:08 DünyaŞimali Koreya bu həftə iki ballistik raket sınağı keçirib.
Olaylar.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Agentliyə informasiya verən Şimali Koreyanın baş qərargahı raketlərin Hodo yarımadasından atıldığını ifadə edib.
Raketlər 30 kilometr yüksəklikdə uçub və 250 kilometr qət edib. Yaponiya baş qərargahı isə bəyan edib ki, bölgələrinə raket düşməyib.
Cənubi Koreya isə bildirir ki, sözügedən raketlər əvvəlki model raketlərdən tam fərqli tipdə olub.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31