Çin liderinin qohumuna qarşı maxinasiya ittihamı
Çin liderinin qohumuna qarşı maxinasiya ittihamı
31 İyul 2019 11:20 DünyaÇin Xalq Respublikasının lideri Si Szinpinin qohumu Min Çai Avstraliyada çirkli pulların yuyulmasında ittiham olunur.
Olaylar.az xəbər verir ki, bu məlumatı "Vol Strit Jurnal" qəzeti yayıb. Onun çirkli pulların yuyulmasıyla bərabər mütəşəkkil cinayətkarlıq və Çin maraqlarının Avstraliya ərazisində lobbiçiliyini etməkdə də ittiham edildiyi vurğulanıb.
Min Çainin Avstraliya vətəndaşı olduğu bildirilir.
Çin Xarici İşlər Nazirliyi Çai ilə bağlı yayılan informasiyanın əsassız olduğunu deyib.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31