"2.5 illik prezidentliyimin ən böyük məyusluğu…" - Tramp

"2.5 illik prezidentliyimin ən böyük məyusluğu… "- Tramp

Tvitterdəki paylaşımlar mənim üçün mətbuatın hücumlarından yeganə müdafiə üsuludur.

Olaylar.az  xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp "C-Span" telekanalına müsahibəsi zamanı deyib.

"Məni qərəzsiz işıqlandırsalar, heç Tvitterdə yazmalı olmazdım. Bu mənim üçün yeganə müdafiə üsuludur", - Tramp bildirib.

Trampın sözlərinə görə, mətbuatın onun haqqında yazma üslubu 2.5 illik prezidentlik dövrünün ən böyük məyusluğuna səbəb olub.

"Bu məni məyus edir. Təəccüblənirəm... Nə qədər böyük qələbə olması vacib deyil, onlar düzgün işıqlandırmır, "saxta xəbər" termini də buradan yaranıb", - Tramp qeyd edib.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31