İtaliya: Moskva olmadan heç bir böhranı həll edə bilmərik
İtaliya: Moskva olmadan heç bir böhranı həll edə bilmərik
26 İyul 2019 17:12 DünyaRusiya beynəlxalq stabillik və təhlükəsizlik məsələlərinin həll edildiyi dünyanın əsas zonalarının hamısında praktik olaraq mərkəzi oyunçudur.
Olaylar.az xəbər verir ki, bunu İtaliya Baş naziri Cuzeppe Konte deyib. O, AB-nin Moskva olmadan heç bir böhranı həll edə bilməyəcəyini söyləyib.
Konte Rusiyanın Avropanın ən böyük qonşusu olduğunu bildirib.
Baş nazir həmçinin Avropanın ABŞ-Rusiya dialoqunda müşahidəçi statusunda qalmaması gərəkdiyini vurğulayıb. Bununla bərabər, o, İtaliyanın Rusiya ilə münasibətlərinin onun NATO ilə bağlı seçimini şübhə altına qoymadığını deyib.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31