Məşhur proqramın redaktoru vəfat edib
Məşhur proqramın redaktoru vəfat edib
23 İyul 2019 10:35 DünyaRusiyanın Birinci kanalında yayımlanan məşhur "Пусть говорят" şou-proqramının şef-redaktoru Denis Konovalov vəfat edib.
Olaylar.az xəbər verir ki, 29 yaşlı gənc redaktorun ölümü hər kəsi sarsıdıb. Qan xərçəngindən əziyyət çəkən (leykoz) redaktorun ailəsi və kiçik yaşlı qızı qalıb.
Denis Konovalovun həyat yoldaşının sözlərinə görə, əri televiziyanı çox sevib. Hər proqramdan əvvəl həyəcan keçirib və gecələr yatmayıb.
Son zamanlar "Пусть говорят" şou-proqramının reytinqli buraxılışları Denis Konovalova böyük şöhrət qazandırıb.
Məşhur proqramın aparıcısı Dmitriy Borisov şef-redaktorun ölümünü böyük itki adlandırıb.
Qeyd edək ki, əslən Kuzbasda doğulub, böyüyən Denis Konovalov 4 il şaxtaxta işləyib. Onun ən böyük arzusu televiziyada çalışmaq olub.
open.az