Ərəblər Marsda da xurma yetişdirəcək – GÖZLƏNİLMƏZ...

Ərəblər Marsda da xurma yetişdirəcək – GÖZLƏNİLMƏZ...

Birləşmiş Ərəb Əmirlikləri 24 iyul tarixində xurma palmasının toxumlarını kosmosa göndərəcək.  

Olaylar.az  xəbər verir ki,  toxumlar ABŞ-ın  Kanaveral burnundan qalxacaq "Falcon-9" raketi ilə  nəql ediləcək. Tədqiqatın bir hissəsi kimi alimlər iki ay ərzində xurma toxumlarını kosmosda saxlayacaq. Bitkilər daim mütəxəssis  nəzarəti altında olacaq. 

Elm adamlarını  xurmanın ekstremal şəraitdə inkişaf edib-edə bilməyəcəyi maraqlandırır. 

Xatırladaq ki, BƏƏ 2017-ci ildən bəri Marsı məskunlaşdırmağa hazırlaşır. Hazırda mütəxəssislər "Mars elmi şəhəri" (Mars Scientific City) layihəsi çərçivəsində Qırmızı planetdə həyat şəraitinin yaradılması üzərində işləyir.

Moderator.az  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31