Ölkələr rus turistlərini qəbul etməkdən imtina edirlər
Ölkələr rus turistlərini qəbul etməkdən imtina edirlər
22 İyul 2019 15:47 DünyaÖtən həftədən etibarən bir neçə ölkə çoxlu sayda Rusiya vətəndaşı olan şəxsləri ölkələrinə qəbul etməkdən imtina edib. "Olaylar"ın Türkiyə bürosu xəbər verir ki, Rusiya vətəndaşları hava limanlarındaki nəzarət-buraxılış məntəqələrindən geri qaytarıb. Konkret olaraq keçən həftə Meksika Kankun turizm mərəzinə gələn bir neçə rus turisti ölkəyə qəbul olunmayaraq deportasiya edilib. İsrail 50 dən çox rus vətəndaşını qəbul etməyərək Ben-Qurion hava limanında öz ölkələrinə geri göndərib. Cənubi Kpreyaya səyahət məqsədilə gələn 26 Rusiya vətəndaşı barədə eyni addım atılıb. Mütəxəssislər və turizm şirkətləri isə səyahətçilərin sənədlrində heç bir problem və əksiklik olmadığnı bildiriblər. Qarşı tərəflərin səlahiyyətli orqanları tərəfindən hər hansı məntqli açıqlama verilməyib.