Netanyahu rekord vurdu
Netanyahu rekord vurdu
22 İyul 2019 15:15 DünyaBenyamin Netanyahu İsrailin Baş naziri vəzifəsində fəaliyyət müddətinə görə rekord müəyyənləşdirib.
"İnterfaks" xəbər verir ki, B.Netanyahu 2009-cu il martın 31-dən İsrail hökumətinə başçılıq edir.
O, ilk dəfə 1996-1999-cu illərdə Baş nazir vəzifəsində çalışıb.
ABŞ Prezidenti Donald Tramp onu bu nailiyyət münasibətilə "Twitter" səhifəsində təbrik edib:
"İsrail tarixində Baş nazir postunda ən uzun müddət çalışdığına görə təbriklər, Netanyahu. İsrail Sizin rəhbərliyiniz altında dünya səviyyəli iqtisadiyyata malik ölkəyə çevrilib".(oxu.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31