Vəkil məhkəmədə kəmərilə hakimləri döydü - VİDEO
Vəkil məhkəmədə kəmərilə hakimləri döydü - VİDEO
22 İyul 2019 14:52 DünyaMəhkəmə zalında əsəbiləşən vəkil belindəki kəmərlə hakimlərə hücum edib.
Olaylar.az xəbər verir ki, hadisə İndoneziyanın paytaxtı Cakartada baş verib. Belə ki, məhkəmə zalında hökm oxunan zaman qərara əsəbiləşən vəkil, belindəki kəməri çıxardaraq hakimlərə hücum edib. Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da, hakimlər dərhal xəstəxanaya çatdırılıb. Vəkil isə polislər tərəfindən saxlanılıb.
Hücum edən vəkilə cəza veriləcəyi qeyd edilib.
Yeniavaz.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31