14 nəfər şaurmadan zəhərləndi
14 nəfər şaurmadan zəhərləndi
22 İyul 2019 14:26 DünyaUkraynanın Rovno bölgəsində keçirilən rok festivalında 14 nəfər yediyi şaurmadan zəhərlənib.
Olaylar.az bildirir ki, bu barədə "RİA Novosti" məlumat verib.
Vilayətin laboratoriya mərkəzinin mətbuat xidmətinin məlumatına görə, zəhərlənənlər ürəkbulanma, başgicəllənmə və qusma halları ilə xəstəxanaya müraciət edib.
İdarənin məlumatına görə, onlardan 10 nəfər müalicəsini xəstəxanada davam etdirməyə, digər 4 nəfər isə ev şəraitində müalicə almağa üstünlük verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31