Kreml Kareliyanı 15 milyarda satacaqdı – ŞOK AÇIQLAMA
Kreml Kareliyanı 15 milyarda satacaqdı – ŞOK AÇIQLAMA
22 İyul 2019 13:24 DünyaRusiya Kareliyanı Finlandiyaya satmaq istəyib.
Bu iddia ilə Rusiya xarici işlər nazirinin keçmiş müavini Andrey Fyodorov çıxış edib.
Onun sözlərinə görə, ilk dəfə bu məsələ 1991-ci ilin iyulunda qaldırılıb. O, bu istiqamətdə müzakirələrin gizli aparıldığını, amma fin tərəfinin müzakirələrdə iştirak etmədiyini bildirib.
"Rusiya hökuməti burada muxtariyyət istəkləri ilə bağlı güclü hərəkatın başlayacağından və onun ekstremist formaya çevriləcəyindən ehtiyat edirdi. Regionun Helsinkinin tabeliyinə verilməsi fikrinə Moskvanı "boş sovet büdcəsi" də məcbur edib. Rusiya hökuməti Kareliyanın 15 milyard dollara Finlandiyaya verilməsini nəzərdən keçirirdi. Son olaraq bu ideya 1994-cü ildə tam yox oldu", - Fyodorov bildirib. (axar.az)