Rusiya bombaladı: 34 mülki insan həlak oldu

Rusiya bombaladı: 34 mülki insan həlak oldu

Rusiya qırıcıları İdlibin bir qəsəbəsində bazarı bombalayıb.

Olaylar.az xəbər verir ki, bombardman nəticəsində 17 nəfər ölüb.

Məlumata görə, rus qırıcıların hədəfində Bıdama bələdiyyəsi, Kenbbine və Tel-manniş kəndləri də olub.

Mülkü Müdafiə Təşkilatının rəhbəri Mustafa Hac deyib ki, bazarın bombalanması nəticəsində ölən 17 nəfərdən biri mülki müdafiə könüllüsüdür.

Onun sözlərinə görə, ölü sayının artması təhlükəsi var.

Qeyd edilir ki, son 24 saatda həyata keçirilən hava hücumu nəticəsində 34 insan ölüb.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31