"Əsrin müharibəsi" planı baş tutmadı, növbəti həmlə gəlir - İrandan DƏHŞƏTLİ İDDİA

ABŞ prezidenti Donald Trampı “Əsrin müharibəsi” üçün razı sala bilməyən prezidentin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bunun intiqamını ingilisləri bataqlığa çəkərək almaq istəyir. Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

ABŞ prezidenti Donald Trampı "Əsrin müharibəsi" üçün razı sala bilməyən prezidentin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bunun intiqamını ingilisləri bataqlığa çəkərək almaq istəyir.

Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib.

"Yanlış etməyin. Donald Trampı "Əsrin müharibə"nin başlanması üçün razı salmayan və "B komandası"nın çökməsindən narahat olan Con Bolton ingilisləri bataqlığa çəkmə ümidi ilə kinini o istiqamətdə koordinasiya edir. Belə bir addımın qarşısı yalnız ehtiyatlılıq və sağlam düşüncə ilə alına bilər", - Zərif tvitter səhifəsində yazıb.

Qeyd edək ki, İranın xarici siyasət idarəsinin başçısı 4 nəfəri - Con Bolton, İsrailin baş naziri Benyamin Netanyahu, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman və Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd ibn Zeydi "B komandası" adlandırır. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31