Türkiyədə 51 FETÖ-çu saxlanıldı
Türkiyənin Manisa şəhərində FETÖ terror təşkilatı ilə əlaqədə olmaqda şübhəli bilinən 51 nəfər saxlanılıb.
21 İyul 2019 06:25 DünyaTürkiyənin Manisa şəhərində FETÖ terror təşkilatı ilə əlaqədə olmaqda şübhəli bilinən 51 nəfər saxlanılıb.
Həmin şəxslərin saxlanılması ilə əlaqədar şəhərin 6 rayonunda, 40 ünvanda əməliyyat keçirilib. Əməliyyatlar nəticəsində saxlanılanlardan 10-u həbs edilib, 18 nəfər məhkəmə nəzarətinə alınıb, 23 nəfər isə sərbəst buraxılıb.
Bəzi şübhəlilərin həbsdəki təşkilat üzvləri ilə əlaqələrinin olduğu, onlara maddi dəstək göstərdiyi aşkar edilib. Onların FETÖ-nün kodlaşdırılmış kriptoqrafik xəbərləşmə sistemi olan "Blok"dan da istifadə etdikləri bildirilir.
Digər şübhəlilərin ələ keçirilməsi istiqamətində işlər davam etdirilir.Axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31