Cənubi Koreyada kişi Yaponiya səfirliyinin qarşısında özünü yandırdı
Cənubi Koreyada kişi Yaponiya səfirliyinin qarşısında özünü yandırdı
19 İyul 2019 17:11 DünyaCənubi Koreyada yaşlı kişi Yaponiyanın Seuldakı səfirliyinin qarşısında idarə etdiyi avtomobilin içərisində özünü yandıraraq intihar edib.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, 70-dən yuxarı yaşı olan naməlum kişi yerli vaxtla gecə 3:30 radələrində avtomobilini səfirliyin giriş qapısının qarşısında saxladıqdan dərhal sonra tezalışan maddələrdən, o cümlədən butan qazından istifadə etməklə avtomobilin içərisini yandırıb. Güclü yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılan şəxsin həyatını xilas etmək mümkün olmayıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları intiharın motivlərini araşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31