Afina yaxınlığında zəlzələ olub
Yunanıstanda Afina şəhəri yaxınlığında 5,1 maqnituda gücündə zəlzələ olub.
Olaylar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb. Yeraltı təkanlar Afina şəhərindən 26 km şimal-qərbdə, yerin 2 km dərinliyində qeydə alınıb. Hazırda dağıntı və tələfat barədə məlumat yoxdur.
Azvision.az