Rus gözəlçəsinin Malayziya kralı ilə boşanmasına aydınlıq gətirildi

Rus gözəlçəsinin Malayziya kralı ilə boşanmasına aydınlıq gətirildi

Sinqapur Məhkəməsi Malayziyanın keçmiş kralı V Məhəmməd ilə "Miss Moskva-2015" nominasiyasının sahibi, model Oksana Voyevodinanın boşanma xəbərini təkzib edib.

Olaylar.az  xəbər verir ki, bu barədə məlumatı RİA "Novosti" agentliyi yayıb.

Ölkənin Şəriət Məhkəməsindən bildiriblər ki, rusiyalı gözəlçə və monarx onların qurumundan boşanmayıblar.

"Məhkəmə reyestrində bu cütün boşanma üçün sənədlərin verilməsi barədə heç bir qeyd yoxdur", - qurumun rəsmi cavabında deyilir.

Sənəd Məhkəmənin qeydiyyat şöbəsinin nümayəndəsi Norhafiz Bte Haşim tərəfindən imzalanıb.

Daha əvvəl bildirilirdi ki, Oksana Voyevodina ilə Malayziyanın keçmiş kralı V Məhəmməd Sinqapurda boşanıblar.

AzNews.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31