Pizza gözləyirdilər, milyonçu oldular
Pizza gözləyirdilər, milyonçu oldular
19 İyul 2019 16:30 DünyaQaliblər pul mükafatını borclarını ödəməyə və ev almağa xərcləməyi planlaşdırırlar
ABŞ-ın Virciniya ştatında ər-arvad sifariş etdikləri pizzanı gözləyərkən aldıqları lotereya biletindən milyon dollar udub.
UPI xəbər verir ki, Meri Hit və Ceyms Brank pizzanın hazırlanması müddətini öyrəndikdən sonra "Blue Ridge Minute Mart" mağazasına gediblər.
Cütlük bəxtlərini sınamaq qərarına gəlib və "Double Cash Doubler" lotereya biletini alıb. Sonradan onlar oyunun nəticələrini yoxlayıb və öyrəniblər ki, artıq milyonçudurlar.
Qaliblər pul mükafatını borclarını ödəməyə və ev almağa xərcləməyi planlaşdırırlar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31