Konqresdə maraqlı ayin: Keşiş pis ruhları iclas zalından qovdu

Konqresdə maraqlı ayin: Keşiş pis ruhları iclas zalından qovdu

ABŞ Konqresinin Nümayəndələr Palatasının iclası maraqlı anlara şahid olub. 

İclasın keçirildiyi zalda pis ruhların qovulması ayini keçirilib. 

Olaylar.az  xəbər verir ki, bu barədə Konqres nümayəndələri sosial şəbəkələrdə yazıb.

Mərasimi Palatanın kapellanı Pet Konr keçirib. "Bu həftə ağır mübahisələrlə yadda qaldı, bunda da pis ruhlar, qara qüvvələr öz rolunu oynayıb. Mən indi bütün pis ruhları, qara qüvvələri buradan qovuram,- deyə kapellan bildirib.

Keşişi iclas zalına ABŞ prezidenti Donald Trampla bağlı qətnamənin müzakirəsi zamanı yaranan mübahisələrdən sonra çağırıblar.
 
Məlumat üçün bildirək ki, Palatada Trampın impiçmentilə bağlı məsələ müzakirə olunub. Müzakirələr olduqca qızğın keçib. Palata amerikalılar arasında vətəndaşlığın qəbulu qaydasından asılı olmayaraq heç bir fərq olmadığı qənaətinə gəlib və qətnamə qəbul edib. Sənəd heç bir hüquqi məsuliyyət daşımır.

Bütün bunlara səbəb isə Trampın qadınlarla bağlı yazdıqları olub. O, ABŞ-a başqa ölkələrdən gələn və siyasətə qatılan qadınlara ölkələrinə geri dönməyi məsələhət görüb. Bundan sonra o, rasizmdə günahlandırılıb və Konqresdə impiçment müzakirəyə çıxarılıb. 

Cebhe.info

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31